Ferran Torres PSJ-nin ən çox maaş alan üçüncü futbolçusu oldu

24 Avqust 2026 13:00
101
Ferran Torres PSJ-nin ən çox maaş alan üçüncü futbolçusu oldu

“Barselona”dan PSJ-yə keçən ispaniyalı futbolçu Ferran Torres yeni klubunda ən yüksək maaş alan üçüncü oyunçu olub.

İdman.Biz xəbər verir ki, İspaniya millisinin dünya çempionu bonuslarla birlikdə ildə 17 milyon avro qazanacaq.

26 yaşlı futbolçu bu göstəriciyə görə PSJ-də yalnız Xviça Kvaratsxeliya və Usman Dembeledən geri qalır. Gürcüstan millisinin üzvünün illik qazancı 21 milyon avro, Dembele isə 27 milyon avro əldə edir.

Qeyd edək ki, Torres PSJ-yə “Barselona”dan keçib. İspaniyalı hücumçu yeni komandasında debütünü də uğurlu keçirib. O, “Renn”lə Liqa 1-in ilk turunun oyununda ikinci hissədə meydana daxil olaraq iki qol vurub və komandasının 0:2 hesablı geridönüş edərək 2:2 hesablı heç-heçə etməsinə kömək edib.

İdman.Biz