Sabiq futbolçu: “Çətin qarşılaşmalar olacaq”

19 Avqust 2026 17:10
81
Sabiq futbolçu: “Çətin qarşılaşmalar olacaq”

“Çətin qarşılaşmalar olacaq”.

Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev deyib.

Veteran futbolçu “Sabah” və “Qarabağ”ın avrokuboklarda pley-off matçlarını dəyərləndirib.

“Hər iki komandamız səfərdə çıxış edəcək. İlk oyunlarda kollektivlər ehtiyatlı davranmağa çalışırlar. Qonaq komandalar isə daha çox ehtiyat edirlər. Düşünürəm ki, həm “Sabah”, həm də “Qarabağ” cütün taleyini evdə həll etməyə çalışacaqlar.

“Sabah”ın rəqibi “Hapoel” ev matçlarını doğma meydanda keçirə bilmir. Bu, komandamız üçün əlavə üstünlükdür. “Bayquşlar” bundan yararlana bilərlər”, - deyə o apasport.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, “Hapoel” - “Sabah” matçı bu gecə, “Tvente” - “Qarabağ” görüşü isə sabah baş tutacaq.

İdman.Biz