Xulian Alvaresin “Atletiko”dakı gələcəyi ilə bağlı yeni iddia ortaya çıxıb

19 Avqust 2026 16:24
101
Xulian Alvaresin “Atletiko”dakı gələcəyi ilə bağlı yeni iddia ortaya çıxıb

Argentina millisinin hücumçusu Xulian Alvaresin “Atletiko”dakı(Madrid) gələcəyi ilə bağlı yeni iddia ortaya çıxıb.

İdman.Biz xəbər verir ki, baş məşqçi Dieqo Simeonenin açıqlamalarına baxmayaraq, argentinalı hücumçu Madrid klubunun növbəti mövsüm üçün planlarında yer almır.

Alvaresə əsas namizədin “Barselona” olduğu bildirilir. Lakin Kataloniya klubunun transferdə ciddi maneə ilə üzləşdiyi qeyd olunur. Belə ki, “Atletiko” futbolçunu satmağa hazır olsa da, onun birbaşa “Barselona”ya keçməsini istəmir.

Tərəflər arasında məsələ ilə bağlı görüşün bu həftə keçirilməsi gözlənilir. Görüş baş tutmasa, Alvaresin ailəsinin vəziyyətlə bağlı ictimaiyyətə açıqlama verəcəyi iddia olunur.

Qeyd edək ki, Xulian Alvares 2024-cü ilin yayında “Mançester Siti”dən “Atletiko”ya keçib.

İdman.Biz
Məqalədə: