Elvin Məmmədov: “Tvente” ilə oyunlar çox çətin olacaq”

19 Avqust 2026 16:09
101
Elvin Məmmədov: “Tvente” ilə oyunlar çox çətin olacaq”

“Qarabağ” futbol klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderland təmsilçisi “Tvente” ilə oyunları çətin keçəcək”.

Bunu komandanın sabiq futbolçusu Elvin Məmmədov deyib.

O, “Tvente”nin yaxşı komanda olduğunu vurğulayıb.

“İlk növbədə “Qarabağ”a uğurlar arzu edirəm. Ümidvaram ki, 2 oyunun nəticəsinə əsasən sevinən tərəf “Qarabağ” olacaq. Bizim çıxış etdiyimiz dövrdə də “Tvente” yaxşı komanda idi. İllər keçdikcə də güclənirlər. Niderland futbolu dünyada ilk “10-luq”dadır”, - deyə o report.az-a açıqlamasında söyləyib.

E.Məmmədov “Qarabağ”ın da inkişaf etdiyini diqqətə çatdırıb:

“Qarabağ” da illərdir inkişaf edir, dəyişir, böyük komandalara başağrı olur. Bu il komandaya yeni gələnlər çoxdur, bir az vaxt lazımdır. Amma oyunlar çox çətin olacaq, son illərdə “Tvente”də işlər yaxşı gedir”.

Qeyd edək ki, “Tvente” – “Qarabağ” qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.Biz