İngiltərənin “Hall Siti” futbol komandası müdafiə xəttini Nobel Mendi ilə gücləndirməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, Seneqal millisinin 21 yaşlı müdafiəçisinin “Rayo Valyekano”dan transferi ilə bağlı razılıq əldə olunub. Mendi artıq yeni klubuna qoşulmaq üçün yola düşüb.
Keçidin məbləği 25 milyon avro (49 milyon manat) təşkil edəcək. Razılaşmaya əsasən, “Rayo Valyekano” futbolçunun gələcək satışından da 12,5 faiz pay alacaq.
Transferdən “Betis” də gəlir əldə edəcək. İspaniya klubu müqavilədəki şərtə əsasən, sövdələşmənin 20 faizini götürəcək. Mendi 2025/26 mövsümündə “Rayo Valyekano”da icarə əsasında çıxış edib, müqavilə hüquqları isə daha əvvəl “Betis”ə məxsus olub.
Futbolçunun nümayəndələri İvan Nzalenqi və idman hüquqşünası Badu Sambaquenin “Hall Siti”nin direktoru Okan Özkanla danışıqlardan sonra razılaşmanı tamamladıqları bildirilir.
