“Fənərbağça” Lukakunun transferini bitirdi - “Napoli” ilə razılaşdı

11 Avqust 2026 13:01
137
“Fənərbağça” Lukakunun transferini bitirdi - “Napoli” ilə razılaşdı

Türkiyənin “Fənərbağça” futbol komandası hücum xəttini Romelu Lukaku ilə gücləndirir.

İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisi Belçika millisinin 33 yaşlı hücumçusunun transferi üçün İtaliyanın “Napoli” futbol komandası ilə razılığa gəlib. “Sky Sport Italia”nın məlumatına görə, keçidin məbləği 6 milyon avro (11,8 milyon manat) və əlavə bonuslardan ibarət olacaq.

Tərəflər son günlər intensiv danışıqlar aparıblar. “Fənərbağça”nın ilk 5 milyon avroluq təklifindən sonra klublar arasında qiymət fərqi olsa da, İstanbul təmsilçisinin növbəti həmləsi razılaşmanın əldə olunmasına imkan verib.

Lukaku da daha əvvəl Türkiyəyə köçməyə razılıq verib. Hücumçunun “Fənərbağça” ilə ikiillik müqavilə bağlayacağı və bonuslarla birlikdə illik təxminən 10 milyon avro (19,6 milyon manat) qazanacağı bildirilir.

İdman.Biz