65 metrdən möhtəşəm qol: Qapıçını meydanın öz yarısından cəzalandırdı - VİDEO

10 Avqust 2026 00:43
140
65 metrdən möhtəşəm qol: Qapıçını meydanın öz yarısından cəzalandırdı - VİDEO

İsveçin “Deqerfors” futbol komandasının hücumçusu Diyan Vukoyeviç ölkə çempionatında “Malmö” ilə qarşılaşmada qeyri-adi qola imza atıb.

İdman.Biz xəbər verir ki, 30 yaşlı futbolçu topu təxminən 65 metr məsafədən, hətta mərkəz dairəsinə çatmadan qapıya göndərib. Yüksək trayektoriya ilə uçan top “Malmö”nun qapıçısı Robin Olsenin üzərindən keçərək tora daxil olub.

İsveç televiziyasının şərhçiləri epizodu dərhal “ilin qolu” və “dünya səviyyəli zərbə” kimi qiymətləndiriblər. Vukoyeviç isə oyundan sonra lazım gələrsə topu 80 metr məsafəyə də göndərə biləcəyini bildirib.

Maraqlıdır ki, futbolçu bununla kifayətlənməyib. O, ikinci hissədə yenidən fərqlənərək “Deqerfors”a 2:1 hesablı qələbə qazandırıb. Bu, komandanın “Malmö” səfərində 1993-cü ildən bəri ilk qələbəsi olub.

“Deqerfors” bu nəticə ilə həm də aprelin 23-dən bəri İsveç çempionatında ilk qələbəsini əldə edib. Komanda qarşılaşmaya qədər ardıcıl beş oyunda uduzmuş və həmin matçlarda qol vura bilməyib.

İdman.Biz