Emil Əliyev dördüncü dəfə Rusiya Minifutbol Assosiasiyasının prezidenti seçilib

7 Avqust 2026 22:36
116
Emil Əliyev dördüncü dəfə Rusiya Minifutbol Assosiasiyasının prezidenti seçilib

Azərbaycan əsilli Emil Əliyev növbəti beş il müddətinə Rusiya Minifutbol Assosiasiyasının prezidenti seçilib.

İdman.Biz xəbər verir ki, bu qərar təşkilatın hesabat-seçki konfransında qəbul edilib.

E.Əliyev 2005-ci ildən Rusiya Minifutbol Assosiasiyasının baş direktoru vəzifələrində çalışıb, 2011-ci ildən isə təşkilata rəhbərlik edir.

Əliyev UEFA-nın futzal və çimərlik futbolu komitəsinin üzvü olub.

Emil Əliyev Bakı şəhərində anadan olub. O, pedaqoji elmlər doktoru, professor, Rusiyanın Əməkdar bədən tərbiyəsi işçisidir.

İdman.Biz