Azərbaycanın “Neftçi” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) komandası ilə keçiriləcək cavab oyunu üçün Bolqarıstandadır.
İdman.Biz xəbər verir ki, “ağ-qaralar” bu gün səhər saatlarında çarter reysi ilə səfərə yola düşüb.
Qeyd edək ki, “Dinamo” (Minsk) – “Neftçi” görüşü sabah Bolqarıstanın Stara Zaqora şəhərindəki “Beroe Siti” stadionunda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Belarus təmsilçisi Bakıdakı ilk oyunda 4:2 hesablı qələbə qazanıb.




