UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Bakının “Neftçi” klubunun rəqibi məlum olub.
İdman.Biz bildirir ki, turnirə bu mərhələdən başlayacaq “Neftçi” Minsk “Dinamo”su ilə qarşılaşacaq.
Bu, “Dinamo”nun Konfrans Liqasının birinci təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu üzərində qələbəsindən sonra məlum olub.
İlk oyunda öz meydançasında 0:1 hesabı ilə məğlub olan “Dinamo” cavab matçında səfərdə eyni hesabla qalib gəlib.
Oyundan sonrakı penaltilər seriyasında “Dinamo” 6:5 üstün olub.
Komandalar arasında oyunlar 23 və 30 iyul tarixlərində keçiriləcək.
“Neftçi” və “Dinamo” keçmis SSRİ-də futbol üzrə Güclülər dəstəsində dəfələrlə qarşılaşıblar.
