İspaniyanın “Real” futbol komandasının yarımmüdafiəçisi Franko Mastantuono yay transfer pəncərəsində klubunu dəyişə bilər.
İdman.Biz xəbər verir ki, argentinalı futbolçu ilə İngiltərənin “Tottenhem” klubu maraqlanır. London təmsilçisi 18 yaşlı oyunçunun transferi üçün ciddi məbləğ ödəməyə hazırdır.
“Real” rəhbərliyinin Mastantuononun mümkün satışına münasibəti hələlik məlum deyil. Daha əvvəl futbolçunun oyun təcrübəsi qazanması üçün icarəyə verilə biləcəyi də bildirilmişdi.
Mastantuono 2025-ci ilin yayında Argentinanın “River Pleyt” klubundan “Real”a keçib. Madrid təmsilçisi onun transferi üçün 45 milyon avro (90 milyon manat) ödəyib.
Argentinalı futbolçu 2025/2026 mövsümündə “Real”ın heyətində bütün turnirlər üzrə 35 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.
Mastantuononun Madrid klubu ilə müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir.
