Holandın 16 yaşında çəkdiyi klipi yenidən gündəm oldu - VİDEO

10 İyul 2026 15:14
89
Holandın 16 yaşında çəkdiyi klipi yenidən gündəm oldu - VİDEO

Norveç millisinin hücumçusu Erlinq Holandın 16 yaşında çəkildiyi rep klipi yenidən böyük maraq qazanıb.

İdman.Biz xəbər verir ki, futbolçu 2016-cı ildə gənclər millisinin təlim-məşq toplanışı zamanı komanda yoldaşları Erik Botheym və Erik Sandberqlə birlikdə “Flow Kingz Feat Lyng” adlı həvəskar qrup yaradaraq “Kygo jo” adlı rep mahnısını ifa edib.

Həmin vaxt əyləncə məqsədilə lentə alınan klip 10 il sonra sosial şəbəkələrdə yenidən populyarlaşıb. Video artıq 21,5 milyon baxış toplayaraq əsl hitə çevrilib.

İdman.Biz
Məqalədə: