“Yaxşı oyun alındı”.
Bu sözləri “Qarabağ”ın futbolçusu Renaldo Sefas deyib.
Yamaykalı hücumçu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Vestri” üzərində 3:0 hesablı qələbəni belə dəyərləndirib.
“Gördüyünüz kimi, zəif komandaya qarşı oynamırdıq. Kollektiv olaraq birlik nümayiş etdirdik və istədiyimiz nəticəni qazandıq. Ümumilikdə bizim üçün yaxşı qarşılaşma keçdi. Avrokuboklarda asan oyun olmur. Biz də sona qədər birlikdə mübarizə apardıq və qələbə qazandıq”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Yeni transfer matçda vurduğu qol barədə də fikirlərini bölüşüb:
“Bu, mənim üçün çox gözəl hiss idi. Amma bununla kifayətlənmək olmaz. Qarşıda həm mövsüm ərzində, həm də avrokuboklarda bizi çox oyun gözləyir. Buna görə də eyni tempdə davam etməliyik”.
Qeyd edək ki, Renaldo Sefas “Qarabağ”la üç illik müqavilə bağlayıb
