Azərbaycan və Özbəkistanda keçiriləcək mundialın ilk iştirakçıları açıqlanıb

9 İyul 2026 11:40
115
Azərbaycan və Özbəkistanda keçiriləcək mundialın ilk iştirakçıları açıqlanıb

Azərbaycan və Özbəkistanda keçiriləcək 20 yaşadək futbolçulardan ibarət dünya çempionatına vəsiqə qazanan dörd komanda məlum olub.

İdman.Biz xəbər verir ki, bu, Uelsdə təşkil olunan U-19 Avropa çempionatının nəticələrinə əsasən müəyyənləşib.

Turnirin yarımfinalçıları - İspaniya, Xorvatiya, Ukrayna və Almaniya növbəti mundiala vəsiqəni təmin ediblər.

Finala gedən yolda İspaniya Xorvatiyanı (3:0), Almaniya Ukraynanı (2:1) məğlub edib. Həlledici qarşılaşma iyulun 11-də təşkil olunacaq.

Qeyd edək ki, U-20 dünya çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək.

İdman.Biz