Braziliya milli futbol komandasının hücumçusu Neymar peşəkar karyerasını bitirməyi düşünür.
İdman.Biz xəbər verir ki, bu barədə “UOL Esporte” məlumat yayıb.
Neymar üçün ABŞ, Kanada və Meksikada keçirilən mundial karyerasının son dünya çempionatı olub. Braziliya millisi DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
34 yaşlı futbolçu DÇ-2026-dakı uğursuzluqdan sonra mənəvi cəhətdən tükəndiyini hiss edir. Təcrübəli futbolçu həmin oyundan sonra milli komanda ilə vidalaşdığını bildirib. Onun qərarına davamlı zədələr və milli komandada 15 illik çıxışına yetərincə dəyər verilməməsi də təsir edib. O, DÇ-2026-da 45 dəqiqədən az oyun vaxtı qazanıb.
İndi isə onun klub səviyyəsində də karyerasını davam etdirib-etdirməyəcəyi sual altındadır.
Məlumata görə, Neymar hazırda gələcəyi ilə bağlı yekun qərar verməyib. Onun qarşısında daha az təzyiqli komandaya keçmək və ya futboldan tamamilə ayrılmaq variantları var. Geri dönüş tarixi müəyyən edilmədiyindən, o, ABŞ-də ailəsi ilə birlikdə dincəlir, amma bir neçə gün ərzində ayaqqabılarını asa bilər.
Qeyd edək ki, Neymar Braziliya millisinin heyətində 15 il ərzində 130 oyun keçirib və 80 qol vurub.
