Arda Turanın səhər məşqi gündəm oldu - VİDEO

7 İyul 2026 17:13
78
Arda Turanın səhər məşqi gündəm oldu - VİDEO

Ukraynanın “Şaxtyor” futbol klubunun baş məşqçisi Arda Turanın səhər saat 08:00-da keçirilən məşqdəki görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İdman.Biz xəbər verir ki, klubun canlı yayımladığı məşqdə türkiyəli mütəxəssisin emosional və yüksək motivasiyalı davranışları diqqət çəkib. Turanın futbolçularla fəal ünsiyyəti, məşq prosesinə enerjili müdaxilələri və komandaya daim təkan verməsi azarkeşlər tərəfindən maraqla qarşılanıb.

Sosial şəbəkə istifadəçiləri Arda Turanın bu əzmini və intizamını yüksək qiymətləndiriblər. Bir çoxları onun məşqçi kimi işinə ciddi yanaşdığını və komandanı daim yüksək tempdə saxlamağa çalışdığını vurğulayıblar.

Qeyd edək ki, Arda Turan ölkə Premyer Liqasında 2025/2026 mövsümünün ən yaxşı mütəxəssisi seçilib. Onun rəhbərliyi altında “Şaxtyor” 2025/2026 mövsümündə Ukrayna çempionu adını qazanıb. 39 yaşlı mütəxəssis 2025-ci ilin yayından “Şaxtyor”a rəhbərlik edir. Onun klubla müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.

İdman.Biz