İngiltərə futbol millisinin və İspaniyanın “Real Madrid” komandasının yarımmüdafiəçisi Cud Bellinqem Madrid təmsilçisinin yeni transferlərini dəyərləndirib.
İdman.Biz xəbər verir ki, 22 yaşlı futbolçu “Real Madrid”in heyətini gücləndirməsindən razı qaldığını bildirib.
“Real Madrid” çox yaxşı transferlər edib. Onların böyük keyfiyyəti və təcrübəsi var. Dünya çempionatından sonra onlarla birlikdə işləyəcəyim üçün çox xoşbəxtəm”, - deyə Bellinqem bildirib.
