Türkiyənin “Qalatasaray” futbol komandasının argentinalı hücumçusu Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Nara ilə aylıq yardım çəkişməsində üstün tərəf olub.
İdman.Biz “FQmagazine”ə istinadən xəbər verir ki, Milan Məhkəməsi Vanda Naranın İkardidən aylıq 250 min avro (500 min AZN) aliment tələbinə rədd cavabı verib.
Qərara əsasən, məhkəmə Naranın maddi durumunu və şəxsi gəlirlərini kifayət qədər yüksək qiymətləndirib. Hakim tərəfin onun müvəqqəti maddi dəstəyə ehtiyacı olmadığını əsas götürdüyü bildirilir.
