“Bavariya” yoldaşlıq oyununda “Aston Villa”nı məğlub edib - VİDEO

7 Avqust 2026 18:32
487
“Bavariya” yoldaşlıq oyununda “Aston Villa”nı məğlub edib

“Bavariya” ilə “Aston Villa” arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Çinin Honkonq şəhərindəki “Kai Tak Sport Park”da oynayıblar. “Bavariya” 2:1 hesabı ilə qalib gəlib.

“Bavariya”nın müdafiəçisi Kim Min Je 37-ci dəqiqədə hesabı açıb. Hücumçu Luis Dias 74-cü dəqiqədə fərqi artırıb. Yarımmüdafiəçi Joao Qomes 83-cü dəqiqədə “Aston Villa”nın bir cavab qolunu vurub.

“Bavariya” 2025/2026 mövsümündə Almaniya Premyer Liqasında 34 oyundan 89 xalla birinci yeri tutub. “Aston Villa” 2025/2026 mövsümünü 38 matçdan 65 xalla dördüncü yerdə başa vurub.

İdman.Biz