Argentina millisinin hücumçusu Franko Mastantuono "Real Madrid"dən icarə əsasında "Fiorentina"ya keçib.
İdman.Biz bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.
Mastantuono 2025-ci ilin yayında İspaniya nəhənginə qoşulub. Bu müddət ərzində cinah oyunçusu bütün yarışlarda 35 oyunda meydana çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 45 milyon avrodur.
“Fiorentina” ötən mövsüm A Seriyasında 15-ci yeri tutub.
