İngiltərənin “Arsenal” futbol komandasının kapitanı Martin Edeqor London klubunda qalmaq istədiyinə işarə edib.
İdman.Biz “Mirror”a istinadən xəbər verir ki, norveçli yarımmüdafiəçi PSJ-yə qarşı Çempionlar Liqasının finalından sonra gələcəyi ilə bağlı sualı cavablandırıb. 27 yaşlı futbolçu “Arsenal”da xoşbəxt olduğunu və uzun illər komandada qalmaq istədiyini bildirib.
“Hazırda deməyə söz yoxdur. Burada müqaviləm var, xoşbəxtəm və ümid edirəm ki, uzun illər qala bilərəm”, - deyə Edeqor söyləyib.
Yarımmüdafiəçinin “Arsenal”la müqaviləsinin başa çatmasına iki il qalır. Komanda kapitanı 2025/2026 mövsümündə zədələr səbəbindən sabit çıxış edə bilməyib və Premyer Liqa ilə Çempionlar Liqasında ümumilikdə 32 oyunda cəmi bir qol vurub.
