Acun Ilıcalı sözünü tutdu: “Hall Siti” Las-Veqasa uçdu

28 May 2026 16:12
134
Acun Ilıcalı sözünü tutdu: “Hall Siti” Las-Veqasa uçdu

İngiltərənin “Hall Siti” futbol klubunun sahibi Acun Ilıcalı komandasına verdiyi vədi yerinə yetirib.

İdman.Biz xəbər verir ki, türkiyəli iş adamı İngiltərə Premyer Liqasına yüksələn futbolçuları Las-Veqasa göndərib. Səfər onun şəxsi təyyarəsi ilə təşkil olunub.

Ilıcalı pley-off mərhələsindən əvvəl komanda Premyer Liqaya vəsiqə qazanacağı halda futbolçuları Las-Veqasa aparacağını bildirib. “Hall Siti” finalda “Midlsbro”nu 1:0 hesabı ilə məğlub edərək elitaya qayıdıb. Qələbə qolunu 95-ci dəqiqədə Oli Makberni vurub.

Beləliklə, “Hall Siti” doqquz illik fasilədən sonra İngiltərə Premyer Liqasında çıxış etmək hüququ qazanıb.

İdman.Biz