Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın paytaxtı Bratislavada start götürən Avropa çempionatında ilk oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda F qrupundakı ilk sınağında Avstriya yığması ilə qarşılaşacaq.
“Tipos Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Qeyd edək ki, millimiz qrup mərhələsində növbəti matçlarını mayın 29-da İtaliyaya, mayın 30-da isə Fransaya qarşı keçirəcək.
