Robertson “Tottenhem”ə keçir: “Yuventus” gecikdi

28 May 2026 01:25
185
Robertson “Tottenhem”ə keçir: “Yuventus” gecikdi

İngiltərənin “Liverpul” futbol komandasının müdafiəçisi Endi Robertson karyerasını Premyer Liqanın başqa klubunda davam etdirməyə yaxındır.

İdman.Biz xəbər verir ki, 32 yaşlı futbolçu İngiltərənin “Tottenhem” futbol klubu ilə şifahi razılığa gəlib.

Məlumata görə, tərəflər arasında anlaşmanın yaxın zamanda rəsmiləşməsi gözlənilir. İtaliyanın “Yuventus” futbol klubu son anda transferə müdaxilə etməyə çalışsa da, Robertsonun London təmsilçisinə keçid planının dəyişməyəcəyi bildirilir.

Şotlandiyalı müdafiəçi yanvar ayında da “Tottenhem”ə keçməyə yaxın olub. Həmin vaxt transfer baş tutmasa da, London klubu futbolçudan imtina etməyib. Baş məşqçi Roberto De Zerbinin də keçidə razılıq verdiyi qeyd olunur.

Robertson 2017-ci ildən “Liverpul”da çıxış edir.

İdman.Biz