Erlinq Holand Pep Qvardiola barədə: “Möhtəşəmliyi adi hala çevirdiniz”

27 May 2026 23:32
132
Erlinq Holand Pep Qvardiola barədə: “Möhtəşəmliyi adi hala çevirdiniz”

İngiltərənin “Mançester Siti” futbol komandasının hücumçusu Erlinq Holand baş məşqçi postundan ayrılan Pep Qvardiolaya müraciət edib.

İdman.Biz xəbər verir ki, norveçli futbolçu sosial şəbəkə hesabında ispaniyalı mütəxəssisə təşəkkürünü bildirib.

“Məşqçi heç vaxt öyrətməyi dayandırmadı. Qəribə səslənir, amma siz möhtəşəmliyi adi hala çevirdiniz. Hətta het-triklərdən, qələbələrdən və titullardan sonra da hər zaman yeni dərs, yeni çağırış və çatmalı olduğumuz yeni səviyyə var idi. Bu yanaşma klubu həmişəlik dəyişdi, məni də dəyişdi. Ən yaxşı ilə işləmək mənim üçün şərəf idi. Hər şeyə görə təşəkkür edirəm, boss”, - Holand yazıb.

İdman.Biz