ABŞ-nin “İnter Mayami” futbol komandasının hücumçusu və Argentina millisinin kapitanı Lionel Messinin Hindistanda ucaldılan 21 metrlik heykəlinin sökülməsi planlaşdırılır.
İdman.Biz xəbər verir ki, buna konstruksiyanın etibarlı sayılmaması səbəb olub. Qərbi Benqal ştatının rəsmiləri heykəlin güclü külək zamanı yelləndiyini bildiriblər.
“Argentina futbolunun əfsanəsinin heykəli təhlükəsiz deyil. Biz heykəlin küləkdə yelləndiyini müşahidə etdik”, - Qərbi Benqal ştatının qanunverici məclisinin deputatı Şaradvat Mukerci deyib.
Yoxlamadan sonra heykəl möhkəm troslarla bərkidilib. Əraziyə insanların və nəqliyyatın yaxınlaşmasının qarşısını almaq üçün hasarlar qoyulub. Rəsmilər heykəlin başqa yerdə quraşdırılması variantını da nəzərdən keçirirlər.
Messi 2025-ci ilin dekabrında Hindistana səfəri zamanı heykəlin açılışında uzaqdan iştirak edib. Futbolçu videoekranda görünüb və pult vasitəsilə açılış düyməsini basıb. Daha sonra argentinalı ulduz Hindistanın dörd şəhərinə səfər edib.
