“AFFA 20 yaşadək futbolçulardan ibarət dünya çempionatının final oyununun Azərbaycanda keçirilməsinin tərəfdarıdır”.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
AFFA-nın icraçı vitse-prezidenti bildirib ki, məsələ ilə bağlı Özbəkistan tərəfi ilə müzakirələr aparılır:
“AFFA olaraq final matçının ölkəmizdə təşkilinin tərəfdarıyıq. Bu istiqamətdə özbəkistanlı tərəfdaşlarla danışıqlar davam edir”.
Qeyd edək ki, U-20 millisi aprelin 26-dək Qəbələdə hazırlığını davam etdirəcək. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında çıxış edəcək.
