Azərbaycanın U-20 millisi Qəbələdə hazırlıqlarını davam etdirir - FOTO

25 Aprel 2026 11:42
193
Azərbaycanın U-20 millisi Qəbələdə hazırlıqlarını davam etdirir - FOTO

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıqlarını davam etdirir.

İdman.Biz xəbər verir ki, toplanışın məqsədi yığmanın 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək dünya çempionatına daha yaxşı səviyyədə hazırlaşmasıdır.

Qeyd edək ki, Azərbaycan U-20 yığmasına portuqaliyalı baş məşqçi Rui Jorje rəhbərlik edir.

İdman.Biz