La Liqanın eksperti: “Real Madrid”in müdafiəsi həvəskar səviyyədədir

25 Aprel 2026 11:22
205
La Liqanın eksperti: “Real Madrid”in müdafiəsi həvəskar səviyyədədir

“Real Madrid”in “Real Betis” ilə oyunda qələbəni əldən verməsi (1:1) La Liqada “Barselona”nı çempionluğa bir qədər də yaxınlaşdırıb.

İdman.Biz xəbər verir ki, La Liqa TV-nin eksperti qarşılaşmadan sonra “Real Madrid” müdafiəsini kəskin tənqid edib.

“Realın müdafiəsi demək olar ki, həvəskar səviyyədədir, komanda müdafiə olunmağı bacarmır. Komandanı yalnız qapıçılar xilas edir” - deyə o bildirib.

Qeyd edək ki, “Kral klubu” 33 oyundan sonra 74 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider “Barselona” isə bir oyun az keçirməsinə baxmayaraq, 82 xal toplayıb.

Bu gün “Barselona” səfərdə “Xetafe” ilə qarşılaşacaq. “Barselona” qalib gələcəyi təqdirdə, ən yaxın izləyicisi ilə xal fərqini 11-rə çatdıracaq.

İdman.Biz