Futbol üzrə Braziliya millisinin sabiq ulduz futbolçusu Robinyonun oğlu olan Robinyo Junior “Santos”la müqaviləsini yeniləyib.
İdman.Biz xəbər verir ki,18 yaşlı futbolçunun əvvəlki müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulmuşdu. Yeni sözləşməyə əsasən, onun klubla anlaşması 2031-ci ilə qədər qüvvədə olacaq.
Daha əvvəl mətbuatda oyunçu ilə “İnter” klubunun maraqlandığı bildirilirdi.
Robinyo Junior ötən mövsüm “Santos”un əsas komandasında debüt edib.
