Futbol üzrə Misli Premyer Liqasının 28-ci turunda keçirilən qarşılaşmaları stadiondan izləyən azarkeşlərin sayı açıqlanıb.
İdman.Biz xəbər verir ki, altı matçda ümumilikdə 23738 tamaşaçı qeydə alınıb.
Ən çox tamaşaçı “Qarabağ” - “Sabah” matçında qeydə alınıb. Bu oyunu tribunadan 17 338 nəfər izləyib. Digər görüşlərə gəlincə, “Karvan-Yevlax” - “Şamaxı” qarşılaşmasına 3000, “Zirə” - “Neftçi” və “Sumqayıt” - “Qəbələ” matçlarının hər birinə 1200, “Araz-Naxçıvan” - “Turan Tovuz” və “Kəpəz” - “İmişli” oyunlarının hərəsinə isə 500 tamaşaçı gəlib.
Qeyd edək ki, Misli Premyer Liqasında 29-cu turun oyunlarına aprelin 25-də start veriləcək.
