Neymardan Yamala yüksək qiymət: “O, qeyri-realdır”

19 Aprel 2026 04:53
391
Neymardan Yamala yüksək qiymət: “O, qeyri-realdır”

Braziliyanın “Santos” futbol komandasının hücumçusu Neymar “Barselona”nın 18 yaşlı vingeri Lamin Yamalın oyununa heyran olduğunu gizlətməyib. O, gənc futbolçunu dünya futbolunun ən böyük istedadlarından biri adlandırıb.

İdman.Biz “Actu Foot” portalına istinadla xəbər verir ki, Neymar Yamalı xüsusi statuslu oyunçular sırasına daxil edib.

“Lamin tarixin ən böyük gənc idmançılarından biridir. Messi var idi, mən var idim, amma bu uşağın 18 yaşında etdikləri sadəcə qeyri-realdır”, - deyə hücumçu vurğulayıb.

İdman.Biz