Okan Burukun açıqlamasından sonra klub hərəkətə keçib

10 Aprel 2026 13:29
178
Okan Burukun açıqlamasından sonra klub hərəkətə keçib

Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Okan Buruk Türkiyə Superliqasının 27-ci turunun təxirə salınmış oyununda “Göztepe” üzərində qazanılan 3:1 hesablı qələbədən sonra maraqlı açıqlaması ilə diqqət çəkmişdi.

İdman.Biz xəbər verir ki, Okan Buruk komandanın daxili məlumatlarının rəqiblərə ötürülməsini “xəyanət” adlandırdıqdan sonra klub rəhbərliyi məsələ ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb.

Təlim-məşq bazasındakı kameraların yoxlanılması və məşqləri kənardan izləyən kənar şəxslərin müəyyənləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, Okan Buruk son oyunda heç kimin gözləmədiyi bir heyətlə meydana çıxdıqlarını, amma Avropa oyunları da daxil olmaqla, hər matçdan əvvəl ilk onbirliyin mətbuatda dərc olunmasından narahatlığını açıqlamışdı.

İdman.Biz