“Bavariya” azarkeşləri sevimli komandalarına dəstək olmaq üçün təyyarəni icarəyə götürdülər - VİDEO

8 Aprel 2026 14:58
167
“Bavariya” azarkeşləri sevimli komandalarına dəstək olmaq üçün təyyarəni icarəyə götürdülər - VİDEO

Münhenin “Bavariya” futbol klubunun azarkeşləri Çempionlar Liqasının səfər matçında (“Real Madrid”a qarşı) komandalarını tək qoymamaq üçün unikal yol tapıblar.

İdman.Biz xəbər verir ki, münhenli fanatlar birləşərək təyyarəni icarəyə götürüblər.

Nəticədə bu seçim onlara iki dəfə daha ucuz başa gəlib.

Səfər isə olduqca əyləncəli keçib – azarkeşlər mahnılar oxuyub, şüarlar səsləndirib və birlikdə vaxt keçiriblər.

Beləliklə, "Bavariya" fanatları həm yolpuluna qənaət edib, həm də səfəri bayram ab-havasında yaşayıblar.

İdman.Biz