“Çelsi”də Entso böhranı: Baş məşqçi futbolçuların xahişini rədd edib

7 Aprel 2026 11:59
296
“Çelsi”də Entso böhranı: Baş məşqçi futbolçuların xahişini rədd edib

İngiltərənin “Çelsi” komandasının futbolçuları Entso Fernandes ilə bağlı baş məşqçi Rosenyora müraciət ediblər.

İdman.Biz xəbər verir ki, London təmsilçisinin oyunçuları Entsonun “Mançester Siti” ilə matçda meydanda olmasını istəyiblər. Buna baxmayaraq, baş məşqçi qərarını qəti şəkildə dəyişməyərək oyunçularına rədd cavabı verib.

Digər tərəfdən, Entso özü “Çelsi”də qalmaq niyyətindədir. Hazırkı müqaviləsi 2032-ci ilə qədər qüvvədə olsa da, argentinalı yarımmüdafiəçi klubla maaşının artırılması şərti ilə yeni sözləşmənin uzadılması barədə danışıqlar aparır.

İdman.Biz