Keçmiş futbolçu Mesut Özil və onun həyat yoldaşı Amine Gülşe üçüncü övladlarının doğulmasının sevincini yaşayırlar.
İdman.Biz xəbər verir ki, məlumatı sabiq futbolçu öz sosial şəbəkə hesabında yayıb.
Cütlüyün yeni doğulan qızına Elisa adı verilib.
Qeyd edək ki, onların daha əvvəl Eda və Ela adlı iki qız övladı dünyaya gəlib.

Məlumat üçün əlavə edək ki, Mesut Özil 2023-cü ildə, 34 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu elan edib.
