Qadın hakim oyun zamanı gözlənilmədən yerə sərildi - VİDEO

5 Aprel 2026 11:25
472
Qadın hakim oyun zamanı gözlənilmədən yerə sərildi - VİDEO

Türkiyə İkinci Liqasında “Bursaspor” və “Mardin 1969 Spor” komandaları arasında keçirilən matç zamanı gözlənilməz hadisə baş verib.

İdman.Biz xəbər verir ki, qarşılaşma əsnasında qadın hakim köməkçisi Esra Arıkboğa uğursuz şəkildə yerə yıxılıb. Belə ki, futbolçular yan xətt yaxınlığında topla mübarizə zamanı sürüşmə fəndi yerinə yetirərkən meydandan kənara çıxıblar və hakimlə toqquşublar.

Nə qədər qəribə olsa da, futbolçular hakimə ayağa qalxmağa yardım etməyiblər.

İdman.Biz