“Madrid sevgisi” Entso Fernandesə baha başa gəldi

3 Aprel 2026 15:12
159
“Madrid sevgisi” Entso Fernandesə baha başa gəldi

İngiltərənin “Çelsi” klubunun ulduz futbolçusu Entso Fernandes klub rəhbərliyi tərəfindən sərt intizam tənbehi ilə üzləşib və komandanın növbəti iki oyunluq müraciətinə daxil edilməyib.

İdman.Biz xəbər verir ki, buna səbəb 25 yaşlı futbolçunun müsahibəsində Madrid şəhərinə olan rəğbətini açıq şəkildə ifadə etməsidir.

Fernandes müsahibə zamanı Buenos-Ayresi xatırlatdığı üçün Madriddə yaşamaq istədiyini bildirib:

“İspaniyada yaşamaq istərdim. Madridi çox xoşlayıram, ora mənə Buenos-Ayresi xatırladır. Oyunçu harada istəsə, orada yaşayar. İngiliscə birtəhər idarə edirəm, amma ispanca özümü daha yaxşı hiss edərdim”.

Onun bu sözləri xüsusilə “Real Madrid”ə transfer eyhamı kimi qəbul edilib və həm azarkeşlər, həm də klub rəhbərliyi tərəfindən narazılıqla qarşılanıb. “Çelsi” rəhbərliyi futbolçunun bu addımını kluba qarşı sadiqlik çatışmazlığı kimi qiymətləndirərək onu cəzalandırmaq qərarına gəlib.

Qeyd edək ki, Fernandesin London klubu ilə 2031-ci ilə qədər müqaviləsi olsa da, son vaxtlar onun “zadəganlar”dan ayrılacağı ilə bağlı şayiələr daha da intensivləşib.

İdman.Biz