Valverde uşaqlıq dramını danışıb - VİDEO

2 Aprel 2026 17:10
134
Valverde uşaqlıq dramını danışıb - VİDEO

İspaniyanın “Real” futbol komandasının və Uruqvay millisinin yarımmüdafiəçisi Federiko Valverde uşaqlıq illərində yaşadığı ciddi problem və sosial şəbəkələrdə “mem”ə çevrilən videosu haqqında ilk dəfə səmimi etiraflar edib.

İdman.Biz xəbər verir ki, ulduz futbolçu səsi ilə bağlı uzun müddət çətinlik çəkdiyini bildirib.

Valverde həmin vaxtlarda səsinin tez-tez qırılmasının yorğunluqla deyil, real sağlamlıq problemi ilə bağlı olduğunu deyib:

“O vaxtlar səsimlə bağlı ciddi problemlərim var idi. Mənə həmişə əməliyyat olunmağı məsləhət görürdülər, lakin biz kasıb ailə idik və bunun üçün pulumuz yox idi. Düşünürdük ki, bu, yeniyetməliklə bağlıdır və zamanla keçib gedəcək, amma elə olmadı. Hazırda hər şey qaydasındadır, lakin həmin dövrlərdə mənə çox ağır idi”.

Futbolçu xüsusilə uşaq vaxtı bu səbəbdən həmyaşıdları tərəfindən istehza hədəfinə çevrildiyini və bunun onda psixoloji gərginlik yaratdığını da gizlətməyib.

Qeyd edək ki, Valverdenin gənc yaşlarında verdiyi müsahibələrdən birində səsinin qəfil dəyişməsi uzun müddət internetdə zarafat mövzusu olmuşdu.

İdman.Biz