İngiltərənin “Arsenal” futbol klubunun “qol maşını” Viktor Gyökereş təkcə meydandakı performansı ilə deyil, həm də qeyri-adi hüquqi addımı ilə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, isveçli hücumçunun özünəməxsus qol sevincinin patentini aldığı məlum olub.
Gyökereş artıq rəsmi olaraq qol sevincini ticarət nişanı kimi qeydiyyatdan keçirib. Bu addım futbol dünyasında çox nadir hallarda rast gəlinən hadisələrdən biri kimi qiymətləndirilir.
Artıq ulduz futbolçunun bu hərəkəti həm kommersiya, həm də hüquqi cəhətdən qorunma altına alınıb. Bu qərar idmançıların meydandakı hərəkətlərini şəxsi brendə çevirmək tendensiyasının yeni bir nümunəsi kimi göstərilir.
