Azərbaycan Kubokunun yarımfinal turu çərçivəsində “Qarabağ” öz meydanında “Sabah”ı qəbul edəcək.
İdman.Biz offsideplus.az-a istinadla xəbər verir ki, komandada yeganə zədəli futbolçu Bəhlul Mustafazədədir.
“Sabah” klubundan verilən məlumata görə İqor Noqeyra cəza, Pavol Şafranko isə zədə səbəbindən matçı buraxacaq.
Qeyd edək ki, “Qarabağ” - “Sabah” oyunu aprelin 3-ü saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
