Babək Quliyevə UEFA-dan növbəti etimad

29 Mart 2026 14:43
112
Babək Quliyevə UEFA-dan növbəti etimad

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Rumıniya - San-Marino oyununda hakim-inspektor funksiyasını yerinə yetirəcək.

A qrupu çərçivəsində baş tutacaq bu qarşılaşma martın 31-də Rumıniyanın Tırqovişte şəhərində təşkil olunacaq.

İdman.Biz