Suares Madriddə restoran açıb - FOTO

28 Mart 2026 15:01
137
Suares Madriddə restoran açıb - FOTO

“Barselona”nın sabiq futbolçusu Luis Suares restoran şəbəkəsi qurur.

İdman.Biz xəbər verir ki, artıq L.Suares “Chalito” brendi altında ilk restoranını Madrid şəhərinin mərkəzində açıb.

Suares sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, layihənin ideyası 10 il əvvəl Barselona şəhərində başlayıb və bu gün çox həyəcanlıdır.

Qeyd edək ki, hazırda hücumçu “İnter Mayami” klubunda çıxış edir və müqaviləsi 2026-cı ilin dekabrına qədər qüvvədədir.

İdman.Biz