Misirli ulduz Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunda davam etdirə bilər.
İdman.Biz “Mirror” nəşrinə istinadla xəbər verir ki, hücumçunun bu transferlə həftəlik maaşını üçqat artıraraq 1,2 milyon İngilis funt sterlinqinə (2 milyon 742 min AZN) çatdıracağı bildirilir.
Gözlənilir ki, misirli futbolçu bu yay Səudiyyə Ərəbistanı çempionatının yeni siması olacaq və paytaxt klubunun Kriştianu Ronaldu və Sadio Manenin də yer aldığı ulduzlu heyətinə qoşulacaq.
