“Real”da böyük tibbi qalmaqal: Mbappe səhv müayinə edilib

24 Mart 2026 14:33
112
“Real”da böyük tibbi qalmaqal: Mbappe səhv müayinə edilib

Madridin “Real” futbol klubunda Kilian Mbappe ilə bağlı inanılmaz tibbi qalmaqal yaşanıb. İddialara görə, klubun tibb heyəti fransalı hücumçunun zədəli dizini deyil, tamamilə fərqli dizini müayinə edib.

İdman.Biz xəbər verir ki, bu kobud səhvin ardından Madrid təmsilçisi bütün tibb heyətini işdən qovmaq qərarına gəlib. Mbappe yalnız Fransada təkrar müayinədən keçdikdən sonra zədəsinin ağırlaşmasının qarşısını ala bilib və hazırda yaşıl meydanlara tam bərpa olunmuş vəziyyətdə dönüb.

Zədəsini arxada qoyan ulduz futbolçu qarşıdan gələn Dünya Çempionatına hazırlığı ilə bağlı da diqqətçəkən açıqlamalar verib. O, hazırlıq prosesinin heç bir halda müzakirə mövzusu olmadığını vurğulayıb:

“Bu, müzakirə mövzusu deyil. Mən artıq iki Dünya Çempionatında oynamışam, birində qalib gəlmişəm, digərində isə finala yüksəlmişəm. Necə hazırlaşdım? Sadəcə, klubumun bütün oyunlarında meydançaya çıxmaqla”.

İdman.Biz