Hakan Çalhanoğlunun son vəziyyəti açıqlandı

24 Mart 2026 15:34
77
Hakan Çalhanoğlunun son vəziyyəti açıqlandı

Türkiyə futbol yığmasının kapitanı Hakan Çalhanoğlunun son durumu məşqçilər korpusunun üzünü güldürüb.

İdman.Biz xəbər verir ki, son dövrlərdə zədələrlə gündəmə gələn Çalhanoğlu “İnter”in “Fiorentina” ilə oyununda ilk 11-likdə meydana çıxıb və 69 dəqiqə mübarizə aparıb. Təcrübəli futbolçunun matçı problemsiz başa vurması onun sağlamlıq durumunun yaxşılaşdığını göstərib.

Yanvar ayından bəri 12 rəsmi matçda forma geyinə bilməyən ulduz yarımmüdafiəçinin yenidən komandaya dönməsi baş məşqçi Vinçenzo Montellanı rahatladıb. Hakanın həm fiziki, həm də psixoloji cəhətdən hazır vəziyyətə gəlməsi Rumıniya ilə oyun öncəsi kritik üstünlük kimi dəyərləndirilib. 32 yaşlı futbolçunun millinin düşərgəsinə qoşulduğu və ilk 11-likdə meydana çıxmağa hazır olduğu bildirilib.

Digər tərəfdən, zədəsi davam edən Merih Demiralın Rumıniya ilə matçda iştirakı gözlənilmir. Aral Şimşir isə zədə səbəbindən heyətdən tamamilə kənarlaşdırılıb.

İdman.Biz