Azərbaycanın U-17 yığması Bolqarıstanla heç-heçə edib - YENİLƏNİB

24 Mart 2026 18:52
436
Azərbaycanın U-17 yığması Bolqarıstanla heç-heçə edib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundu çərçivəsində ilk oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, B liqasının ikinci qrupunda mübarizə aparan milli Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşıb.

Matç 1:1 hesabı ilə bitib.

Millimizin qolunu 39-cu dəqiqədə Əli Bəşirov penaltidən vurub.

11:03

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundu çərçivəsində ilk oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, B liqasının ikinci qrupunda mübarizə aparan milli Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşacaq.

“Xristo Botev” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Qarşılaşmanı Sloveniya və Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, ayın 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.

İdman.Biz