Deku "Barselona"nın keçmiş müdafiəçisini kluba qaytarmağa cəhd edir

23 Mart 2026 13:10
130
Deku "Barselona"nın keçmiş müdafiəçisini kluba qaytarmağa cəhd edir

Alexandro Qrimaldo yenidən “Barselona”ya qayıda bilər.

İdman.Biz xəbər verir ki, "göy-qırmızılar"ın idman direktoru Deku müdafiənin sol cinahını gücləndirmək üçün axtarışlarını davam etdirir və 30 yaşlı ispan əsas namizədlərdən biri kimi müəyyənləşdirilib.

“Bayer”in ulduzunun müqaviləsində 20 milyon avro məbləğində sərbəstqalma bəndi yer alıb. Lakin futbolçunun yayda daha aşağı qiymətə transfer olunması da mümkündür.

Alexandro Qrimaldo karyerasının əvvəlində "Barselona"nın əvəzedici komandasında çıxış edib, lakin əsas komandada debüt etməyib. Onun "Bayer"lə qüvvədə olan müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.

İdman.Biz