“Sabah” hazırda yaxşı formadadır. Onların qarşısını almaq çətin olacaq”.
Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.
Hazırda agent kimi fəaliyyət göstərən veteran oyunçu Misli Premyer Liqasında həlledici mərhələnin başladığını vurğulayıb.
“Düzdür, hələ qarşıda bir neçə tur var. Komandaları həlledici oyunlar gözləyir. Millilərin oyunlarına görə yaranmış fasilədən sonra çempionatda çox gərgin qarşılaşmalara şahidlik edəcəyik. Heç kəs itirmək istəmir”, - deyə o, sport24.az-a açıqlamasında deyib
Sultanov xüsusilə çempionluq mübarizəsində “Qarabağ” və “Sabah” arasında maraqlı rəqabətin olacağını, “bayquşlar”ın bu yöndə rəqibindən bir addım olduğunu da vurğulayıb:
"Düşünürəm ki, “Qarabağ” üçün hazırda yaxşı formada olan “Sabah”la mübarizə aparmaq çətindir. Kim həlledici anda psixoloji cəhətdən üstün olacaqsa, çempionluğu da o bayram edəcək. olacaq. “Karvan-Yevlax” isə böyük ehtimalla, elitanı tərk edəcək. Yevlax təmsilçisi son görüşlərdə mübariz təsir bağışlasa da, rəqiblərindən çox geri qalır".
Qeyd edək ki, hazırda aktivində 62 xal olan “Sabah” zirvədə qərarlaşıb. Rəqibindən bir oyun az keçirən “Qarabağ” isə 52 xalla ikincidir.
