“Los-Anceles”in fransalı qapıçısı Uqo Lloris “Ostin”lə matçda göstərdiyi performansla bütün diqqətləri üzərinə çəkib. Qarşılaşmanın 94-cü dəqiqəsində möhtəşəm seyv edən təcrübəli qolkiper komandası üçün bərabərliyi (0:0) qoruyub saxlamağı bacarıb.
İdman.Biz xəbər verir ki, 39 yaşlı dünya çempionu hazırda karyerasının ikinci baharını yaşayır. Uqo Lloris MLS-də keçirdiyi son beş matçın hamısında qapısını toxunulmaz saxlayıb. Onun bu möhtəşəm forması “Los-Anceles”in turnir cədvəlindəki mövqeyinə birbaşa təsir edir.
Qeyd edək ki, Lloris ötən mövsümün sonunda “Tottenhem”dən ayrılaraq ABŞ-yə transfer olunub. Hazırda fransalı əfsanənin bazar dəyəri təxminən 1.2 milyon avro (2.4 milyon AZN) civarındadır.
